Macarıstan xarici işlər nazirindən sərt reaksiya
Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynanın xarici işlər naziri Dmitro Sibiganın “Orban Rusiyanın Avropadakı ən dəyərli dondurulmuş aktividir” bəyanatına sərt reaksiya verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Siyarto bildirib ki, Ukrayna tərəfi bu cür açıqlamalar verərkən daha təmkinli olmalıdır. Onun sözlərinə görə, Ukraynanın idxal etdiyi qazın 58 faizi və elektrik enerjisinin 44 faizi Macarıstanın payına düşür.
“Bunu xatırlatmaq istəyirəm: qaz idxalınızın 58 faizi, elektrik enerjisi idxalınızın isə 44 faizi Macarıstan hesabınadır. Bir az daha təvazökar olmalı idiniz. Mən bunu sizə dəfələrlə demişəm və yenə təkrar edirəm: sizin Rusiyaya qarşı apardığınız müharibə bizim müharibəmiz deyil. Biz Macarıstan xalqının təhlükəsizliyini risk altına qoymağa hazır deyilik” – deyə Siyarto vurğulayıb.
Günel Verdiyeva
09:49 20.12.2025
Oxunuş sayı: 1206