TikTok ABŞ-dakı fəaliyyətini amerikalı investorlar qrupuna satır
TikTok sosial şəbəkəsi ABŞ-dakı bölməsini amerikalı investorlar qrupuna satmaqla bağlı razılaşma imzalayıb.
Crossmedia.az bildirir ki, bu barədə Axios portalı şirkətin daxili sənədinə istinadən məlumat yayıb.
Daxili məlumata əsasən, sövdələşmənin 22 yanvar tarixində yekunlaşması planlaşdırılır. Razılaşmaya görə, Oracle, Silver Lake və Əbu-Dabidə yerləşən MGX şirkəti birlikdə ABŞ bölməsinin 45 faizinə sahib olacaq.
Məlumata görə, şirkətin təxminən üçdə bir hissəsi ByteDance-in mövcud investorları ilə əlaqəli qurumların nəzarətində qalacaq. Daha təxminən 20 faiz pay isə birbaşa ByteDance şirkətinə məxsus olacaq.
09:17 19.12.2025
Oxunuş sayı: 1644