Azərbaycan vətəndaşı Çingiz Əliyev Böyük Britaniyanın sanksiyalarına məruz qalıb
Böyük Britaniya hökuməti Azərbaycan vətəndaşı Çingiz Əliyevə qarşı sanksiyalar tətbiq edib. Londonun açıqlamasına görə, Ç.Əliyev Rusiyanın enerji sektoru ilə əlaqəli fəaliyyət göstərən Litasco Middle East DMCC və Litasco SA şirkətlərində çalışıb.
Crossmedia.az bu barədə xəbər verir.
Bu əsasla onun Böyük Britaniyadakı aktivləri dondurulub, həmçinin trast və əlaqəli maliyyə xidmətlərindən istifadə etməsi qadağan edilib. Rəsmi qurumlar sanksiyaların Rusiyanın enerji gəlirlərinin məhdudlaşdırılmasına yönəldiyini bildiriblər.
Günel Verdiyeva
23:26 18.12.2025
Oxunuş sayı: 1066