Şimali Karolinada təyyarə qəzası: bir neçə nəfər həlak olub
ABC7-nin 18 dekabrda yaydığı məlumata görə, ABŞ-ın Şimali Karolina ştatında yerləşən Statesville Regional Hava Limanına eniş zamanı kiçik bir təyyarə qəzaya uğrayıb və bir neçə nəfər ölüb.
Crossmedia.az İzvestiya-ya istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, təyyarə hava limanından havaya qalxdıqdan qısa müddət sonra təxminən beş mil uçub, daha sonra geri dönərək enişə cəhd edib və bu zaman qəzaya uğrayıb.
Hadisə nəticəsində həlak olanların dəqiq sayı hələlik açıqlanmayıb.
Səriyyə Tağıyeva
23:56 18.12.2025
Oxunuş sayı: 960