Aİ Ukraynanı dəstəkləmək üçün yeni yol axtarır
Rusiya aktivləri ilə bağlı razılığa gəlinməsə, Avropa İttifaqı Ukraynanı dəstəkləmək üçün alternativ yol tapmalı olacaq.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, diplomatlar çıxılmaz vəziyyətdən mümkün çıxış yolunun ilkin konturlarını müəyyən etməyə başlayıblar və son anda razılaşmanı xilas etmək üçün riskli bir kompromis üzərində işləyirlər.
Məlumata görə, ideya Kiyevi ehtiyat plan olaraq növbəti yeddi illik Aİ büdcəsi ilə dəstəklənən birgə borc vasitəsilə maliyyələşdirməkdir. Dörd avropalı diplomat bildirib ki, bu variantın əsas elementi Ukraynaya əlavə yardıma qarşı çıxan Macarıstan və Slovakiyanın birgə borc sxemindən çıxarılması olacaq.
Bildirilib ki, 27 Aİ ölkəsinin Şurasında hələ də razılaşma əldə edilə bilər, lakin yekun razılaşma yalnız 25 ölkənin maliyyələşdirmədə iştirak edəcəyini nəzərdə tutacaq. Lakin belə bir qərar Avropa üçün borc yükünü daha da artıracaq və əlavə maliyyə problemlərinə yol aça bilər.
Türkan Kərimli
22:28 18.12.2025
Oxunuş sayı: 1009