Brüsseldə Avropa fermerləri Merkosur sazişinə etiraz edir
Avropada Brüsseldə fermerlərin kütləvi etirazları başlayıb. Etirazlara səbəb Aİ-nin Latın Amerikası ölkələri ilə yeni Merkosur ticarət sazişi üzərində anlaşmaya yaxın olmasıdır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu saziş Atlantik okeanının hər iki tərəfində tarifləri azaltmaq və bazarları açmaq üçün nəzərdə tutulmuş ən böyük sərbəst ticarət sazişlərindən biridir.
Məlumata görə, Avropalı fermerlər Latın Amerikasından daha ucuz kənd təsərrüfatı məhsullarının - əsasən mal əti, quş əti, şəkər və etanolun - Avropaya daxil olmasından narahatdır. Onlar sərt ekoloji, baytarlıq və sosial standartlar, yüksək vergilər və enerji xərcləri altında fəaliyyət göstərirlər.
Avropalı fermerlər bildiriblər ki, Merkosur ölkələrindən məhsullar fərqli standartlar və daha aşağı xərclərlə istehsal olunur ki, bu da ədalətsiz rəqabət və Aİ daxilində qiymətlərə təzyiq yaradır. Bu səbəbdən onlar bu gün Aİ idarələrinə hücum etməyə cəhd ediblər.
Türkan Kərimli
22:07 18.12.2025
Oxunuş sayı: 1151