Britaniya ordusunun rəhbəri: Gənclər mümkün münaqişələrə hazır olmalıdır
Böyük Britaniyanın Silahlı Qüvvələrinin rəhbəri Rusiyadan gələn təhdidlərin artması fonunda ölkədə oğlan və qızların döyüşməyə hazır olmasının vacibliyi barədə xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Hərbi Hava Qüvvələrinin marşalı Ser Riçard Nayton bildirib ki, hökumət ailələrə mümkün risklər barədə açıq danışmalı, cəmiyyət isə təkcə orduya güvənmək əvəzinə real fədakarlıqlara hazır olmalıdır.
21:22 18.12.2025
Oxunuş sayı: 1057