Paşinyan: Ermənistanın özünü tanımaq problemi var
Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 18-də hökumətin iclasında çıxışı zamanı ölkənin özünü dərk etməklə bağlı ciddi problemi olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə, ermənilər haqqında təsəvvürlər çox vaxt Ermənistan reallığından kənarda formalaşıb və bu da cəmiyyətin idarə olunmasının bir modelinə çevrilib.
Paşinyan qeyd edib ki, beynəlxalq münasibətlərdə “dost” və “düşmən” anlayışları əsl həqiqəti əks etdirmir və dövlət yetkinləşdikcə bu yanaşmadan uzaqlaşmalıdır.
O vurğulayıb ki, diqqət xarici aktorların gözləntilərinə yox, dövlətin öz maraqlarına və verəcəyi qərarlara yönəlməlidir, əks halda ölkə başqalarının maraqları naminə istifadə olunan tərəfə çevrilir.
Səriyyə Tağıyeva
20:18 18.12.2025
Oxunuş sayı: 1042