Eçmiədzin ərazisində toqquşmalar başlayıb
Ermənistanın Eçmiədzin şəhəri ərazisində gərginlik yaşanır. Məlumata görə, Katolikosun tərəfdarları və ona qarşı çıxan qruplar arasında toqquşmalar baş verib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Hadisələr fonunda erməni cəmiyyətində ciddi parçalanmanın müşahidə olunduğu bildirilir. Qarşıdurma zamanı asayişin təmin edilməsi üçün hüquq-mühafizə orqanları əraziyə cəlb olunub və artıq ilk saxlanılanların olduğu qeyd edilir.
Türkanə Məşədiyeva
19:18 18.12.2025
Oxunuş sayı: 1014