Rusiya vurulan ziyana görə təzminat ödəməlidir
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müharibədəki məsuliyyətini qəbul etməli olduğunu və vurulan ziyana görə təzminat ödəməsinin zəruri olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki,dövlət başçısı ABŞ-ın hazırda Ukraynanı NATO-da görmək istəmədiyini qeyd edib. Onun sözlərinə görə, bu mövqe dəyişə bilər: “Bu, hələlikdir. Siyasətdə hər şey dəyişir — kimisi vəzifədən gedir, kimisi dünyasını dəyişir. Həyat belədir”.
Zelenski xəbərdarlıq edib ki, Avropa İttifaqından yeni maliyyələşmə ayrılmasa, yaz aylarınadək Ukraynada pilotsuz uçuş aparatlarının istehsalı dəfələrlə azalacaq və bu, cəbhədə Rusiyaya üstünlük verə bilər.
Prezident bildirib ki, Ukraynanın maliyyələşdirilməsi ilə bağlı yekun qərar ilin sonuna qədər qəbul oluna bilər. O, Donbas məsələsinin hələ də açıq qaldığını və tərəflərin bu mövzuda fərqli baxışlara malik olduğunu da vurğulayıb.
Zelenski əlavə edib ki, Rusiya Avropa ölkələrini danışıqlardan kənarlaşdırmağa çalışır və buna imkan verilməməlidir. Eyni zamanda, o xatırladıb ki, ABŞ-ın sabiq prezidenti Co Bayden prezidentliyi dövründə Ukraynanın NATO üzvü olmayacağını demişdi.
Nastya Qəniyeva
19:22 18.12.2025
Oxunuş sayı: 1318