Avropalıların danışıqlarda iştirakı vacibdir- Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın sülh danışıqlarında Avropa ölkələrinin iştirakını istisna etməyə çalışdığını bildirib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, bu cür yanaşma qəbuledilməzdir və buna yol verilməməlidir. Zelenski vurğulayıb ki, avropalı tərəfdaşların danışıqlarda iştirakı regional və qlobal təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Türkanə Məşədiyeva
19:17 18.12.2025
Oxunuş sayı: 1208