Paşinyan Gürcüstana tariflərlə bağlı xəbərdarlıq edib
Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstan Dəmir Yollarının tarifləri ilə bağlı mövcud problemlərə toxunaraq bu məsələlərin həll olunmaması halında alternativ nəqliyyat marşrutlarının axtarılacağını bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Paşinyan bunu Azərbaycanın SOCAR şirkətinin Ermənistana neft məhsullarının ilk partiyasının göndərilməsini şərh edərkən deyib. Onun sözlərinə görə, Gürcüstan Dəmir Yollarının tarifləri ilə bağlı müəyyən suallar mövcuddur.
"Ümid edirəm ki, ya bu məsələlər həll olunacaq, ya da təsərrüfat subyektləri idxal və ixrac üçün alternativ marşrutlar tapacaqlar", – deyə baş nazir vurğulayıb.
Nigar Yahyazadə
19:13 18.12.2025
Oxunuş sayı: 1068