Ukraynada pul vahidinin adı dəyişdirilir
Ukrayna Ali Radası ölkədə istifadə olunan xırda pul vahidinin adının dəyişdirilməsi ilə bağlı qərarı dəstəkləyib. Belə ki, deputatlar “kopeyka” adının “şaq” (ukr. “şah”) ilə əvəzlənməsinə razılıq veriblər.
Qərar milli valyutanın tarixi və mədəni xüsusiyyətlərinə uyğunlaşdırılması məqsədi daşıyır.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, təşəbbüs Ukraynanın milli kimliyinin gücləndirilməsi və sovet dövründən qalan terminlərdən imtina edilməsi çərçivəsində irəli sürülüb.
Bildirilir ki, “şaq” termini Ukrayna tarixində əvvəllər də istifadə olunub və milli pul vahidi anlayışı ilə daha sıx bağlıdır.
19:42 18.12.2025
Oxunuş sayı: 1132