Tramp: ABŞ-yə 25 milyon qanunsuz miqrant daxil olub
ABŞ prezidenti Donald Tramp ölkəyə onun vəzifəyə başlamasından əvvəl 25 milyon qeyri-qanuni miqrantın daxil olduğunu bildirib.
Crossmedia.az bu barədə ABŞ mediasına istinadən xəbər verir.
Tramp çərşənbə günü xalqa müraciətində qeyd edib ki, sərhədlər açıq olduğu üçün ABŞ faktiki olaraq “25 milyon nəfərlik ordu tərəfindən işğal edilib”. Onun sözlərinə görə, bu şəxslər arasında həbsxanalardan, psixiatriya müəssisələrindən gələnlər, narkotik satıcıları, cinayətkar dəstələrin üzvləri və 11 888 qatil olub.
“Bu insanların yarıdan çoxu birdən artıq adam öldürüb. Bayden administrasiyası ölkəmizin başına gəlməsinə icazə verdi və bu, bir daha əsla təkrarlanmamalıdır” – deyə Tramp vurğulayıb.
Günel Verdiyeva
15:20 18.12.2025
Oxunuş sayı: 999