Hörmüz adasında qeyri-adi mənzərə
İranın cənubunda yerləşən Hörmüz adasında müşahidə olunan qeyri-adi mənzərə diqqət çəkib. Son günlər yağan intensiv yağışlardan sonra adanın sahil xəttində rəng dəyişimi baş verib və bu hadisə yerli sakinlər və turistlər arasında marağa səbəb olub
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İranın Hörmüz adasında yağan güclü yağışlar sahil xəttinin bir hissəsini — “Qırmızı çimərlik” kimi tanınan ərazini tünd qırmızı rəngə boyayıb.
Bu qeyri-adi təbiət hadisəsi torpaqda dəmir oksidinin yüksək miqdarda olması ilə izah olunur
Zeynəb Xuduyeva
14:58 18.12.2025
Oxunuş sayı: 1080