Yekaterinburqda azərbaycanlı diaspor nümayəndələri ilə bağlı ilkin iclas keçirilib
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı diasporun rəhbəri Şahin Şıxlinski, onun oğlu Mutvalı Şıxlinski, eləcə də Səfərov qardaşları və Şucayəddin Rəcəbovun işi üzrə ilkin məhkəmə iclası keçirilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir. İclas qapalı formatda baş tutub və təqsirləndirilən şəxslərin yaxınları məhkəmə zalına buraxılmayıb. İlkin dinləmədə işin prosessual məsələləri müzakirə olunub.
Növbəti məhkəmə iclasının 2026-cı ilin yanvar ayında keçirilməsi planlaşdırılır.
Sevinc Yarməmmədova
14:52 18.12.2025
Oxunuş sayı: 1276