Belçika Baş naziri Aİ-nin Rusiya aktivlərinin müsadirəsi ideyasını şərh edib
Belçikanın Baş naziri Bart de Vefer Avropa Komissiyasının Rusiyaya məxsus aktivlərin müsadirəsi ilə bağlı təşəbbüsünə münasibət bildirib. Onun sözlərinə görə, Belçika bu məsələdə təkbaşına addım atmaq niyyətində deyil.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Biz təkbaşına ‘tullanmayacağıq’. Əgər bu paraşütlə tullanmaq lazımdırsa, onda hamımız birlikdə tullanmalıyıq” — deyə Bart de Vefer vurğulayıb.
Baş nazirin bu açıqlaması Aİ daxilində Rusiya aktivlərinin müsadirəsi məsələsində mövcud olan fikir ayrılıqlarını bir daha gündəmə gətirib.
Günel Verdiyeva
14:20 18.12.2025
Oxunuş sayı: 1157