Pezeşkian: ABŞ İrana alçaldıcı şərtlər təklif edir
Tehran konstruktiv dialoqa hazır olsa da, Vaşinqtonun mövqeyi razılaşmaların ruhuna ziddir və İran üçün qəbuledilməz şərtlər irəli sürülür.
Crossmedia.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian çıxışı zamanı danışıb.
Pezeşkian qeyd edib ki, İran ABŞ-la razılaşma əldə etməyə hazır olub, lakin Vaşinqton müharibə yolu ilə bu prosesi pozub:
“Biz saziş bağlamağa hazır idik, amma ABŞ müharibə başladaraq onu pozdu. İndi isə ölkəmizi təhqir edən şərtlər təklif edirlər və mən bunu qəbul edə bilmərəm. İran alçaldılmasına yol verməyəcək və zəif, parçalanmış dövlət statusu ilə razılaşmayacaq”.
Eyni zamanda İran prezidenti vurğulayıb ki, Tehran münaqişə axtarmır: “Biz dəfələrlə bəyan etmişik ki, nüvə silahı yaratmaq niyyətimiz yoxdur və istənilən yoxlamalara hazırıq”.
Nihat Tahirov
14:05 18.12.2025
Oxunuş sayı: 1284