Papuaşvili: Avropa Parlamentində “sivilizasiya boşluğu” var
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa Parlamentində baş tutan son müzakirələri kəskin tənqid edib.
Crossmedia.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Papuaşvilinin sözlərinə görə, Avropa Parlamentinin dünənki iclası Avropada yaranmış “sivilizasiya boşluğunun” açıq göstəricisidir. O bildirib ki, bu gün nümayiş etdirilən Avropa gürcülərin özlərini aid hiss etdikləri və birlikdə qurduqları Avropa deyil.
Parlament sədri vurğulayıb ki, Avropa Parlamentində aparılan müzakirələr artıq Avropa dəyərlərini əks etdirmir. “Müzakirə əvəzinə hörmətsizlik, faktlar əvəzinə yalanlar, məsuliyyət əvəzinə isə sivilizasiya üstünlüyü mövqeyi nümayiş etdirilir”, - deyə Papuaşvili qeyd edib.
Onun fikrincə, Avropa Parlamentində müşahidə olunan bu yanaşma dialoq, obyektivlik və qarşılıqlı hörmət kimi Avropanın əsas dəyərlərinə ziddir.
Türkan Kərimli
13:15 18.12.2025
Oxunuş sayı: 1200