ABŞ və Rusiya nümayəndələri Ukrayna münaqişəsinin həlli üzrə danışıqlara hazırlaşır
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff və Ağ Evin rəhbərinin qayını Cared Kuşner Rusiyayla danışıqlar öncəsi Ukrayna nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Ümerovla görüşəcəklər.
Crossmedia.az xəbər verir ki, Rüstəm Ümerov amerikalı nümayəndə heyəti ilə görüşlər keçirəcək, lakin görüşlərin vaxtı və formatı hələlik dəqiqləşdirilməyib.
Eyni zamanda, Moskva və Vaşinqton Ukraynadakı münaqişənin həlli üzrə danışıqları qarşıdakı həftəsonu Mayamidə aparmağı planlaşdırır. Rusiya nümayəndə heyətinə Rusiya Birbaşa İnvestisiya Fondunun (RBFİ) rəhbəri Kirill Dmitriyev daxil olacaq, amerikalı tərəfi isə Stiven Uitkoff və Cared Kuşner təmsil edəcək.
Görüşlər Ukrayna ilə ABŞ və Rusiya arasında diplomatik dialoqun yeni mərhələsi kimi qiymətləndirilir və regionda gərginliyin azaldılması perspektivinə diqqət çəkir.
Nastya Qəniyeva
12:30 18.12.2025
Oxunuş sayı: 981