ABŞ aviasiyası Venesuela yaxınlığında havaya qaldırıldı
Mümkün müharibə təhlükəsi ilə bağlı yayılan məlumatlar fonunda ABŞ-nin aviadaşıyıcı qüvvələri Venesuela yaxınlığında aktivləşdirilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hazırda bölgənin hava məkanında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir sıra hərbi təyyarələrin uçuşuşunun həyata keçirildiyi bildirilir.
Məlumata görə, havaya qaldırılan qüvvələr arasında F/A-18E/F Super Hornet qırıcıları, iki ədəd EA-18G Growler radioelektron mübarizə təyyarəsi, həmçinin uzaqmənzilli radiolokasiya aşkarlama və idarəetmə funksiyasını yerinə yetirən E-2D Advanced Hawkeye paluba təyyarəsi yer alır.
Nigar Yahyazadə
10:32 18.12.2025
Oxunuş sayı: 1269