Polşa XİN-dən Moskvanın ritorikasına ironik reaksiya
Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Lenin olmasaydı, Polşa ümumiyyətlə mövcud olmazdı” fikrinə istehzalı reaksiya verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir. Sikorski sosial şəbəkə hesabında yazıb ki, rusiyalı təbliğatçılara Leninin təkcə müasir Polşanın “yaradıcısı” deyil, həm də “polyak uşaqlarının dostu” olduğunu xatırlatmaq lazımdır. O, bunu belə əsaslandırıb: Lenin vaxtilə Poronində üz qırxarkən yanından məktəblilər keçib və o, ülgüclə uşaqların boğazını kəsə bilərdi, amma etməyib.
Nazir daha sonra paralel apararaq bildirib ki, eyni məntiqlə Rusiya prezidenti Vladimir Putin də Ukraynanın “xeyirxahıdır”, çünki o, istəsəydi Kiyevə atom bombası ata bilərdi, amma hələlik bunu etməyib.
“Bu şəraitdə Nobel Sülh Mükafatı uğrunda rəqabət olduqca gərgin olacaq”, – deyə Sikorski ironik şəkildə qeyd edib.
Sevinc Yarməmmədova
10:05 18.12.2025
Oxunuş sayı: 1074