Azərbaycan Doha konfransında iştirak etmədi
Azərbaycan ABŞ-ın təşəbbüsü ilə Dohada keçirilən və Qəzza zolağında mümkün “beynəlxalq sabitləşdirmə qüvvəsi”nin yaradılmasını müzakirə edən konfransda iştirak etməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb.
Bildirilib ki, rəsmi Bakı toplantıya dəvət olunsa da, iştirakdan imtina edib və yaxın perspektivdə sözügedən beynəlxalq qüvvəyə qoşulmağı planlaşdırmır. Eyni zamanda, Azərbaycanın “İbrahim razılaşmaları”na qoşulmaq niyyətində olmadığı da ABŞ tərəfinə çatdırılıb.
Qeyd edək ki, konfransda Almaniya, Britaniya, Fransa, Misir, Səudiyyə Ərəbistanı və bir sıra digər ölkələr iştirak edib, Türkiyə isə İsrailin etirazı səbəbilə toplantıya dəvət olunmayıb.
Nəzrin Abbas
09:24 18.12.2025
Oxunuş sayı: 1374