Merz:Aİ Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı qərar qəbul etməlidir
Almaniya kansleri Fridrix Merts çərşənbə günü, 17 dekabrda Avropa Birliyini (AB) Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə çağırdı.
Crossmedia.az xəbər verir ki,"Bizə Avropa dövlət və hökumət başçılarının qərarı lazımdır. Və mən şəxsən bu axşam Brüsseldə belə bir qərarın qəbul edilməsini müdafiə edəcəyəm", - deyə o, Bundestaqdakı çıxışı zamanı bildirib.
Merz həmçinin əlavə edib ki, Aİ "müdafiə sektorunda daha sıx əməkdaşlıq etməlidir" və birliyin bundan sonra "əhəmiyyətli dərəcədə daha böyük həcmdə" hərbi sistemləri birgə inkişaf etdirməyə, istehsal etməyə və almağa başlayacağını qeyd edib.
Səriyyə Tağıyeva
22:20 17.12.2025
Oxunuş sayı: 705