Orban: Brüsseldə keçiriləcək Aİ sammitində Rusiya aktivlərinin müsadirə edilməsi müzakirə olunmayacaq
Brüsseldə keçiriləcək Avropa İttifaqı (AB) sammitində dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi məsələsinə baxılmayacaq.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bunu dekabrın 17-də açıqladı.
"Avropa Komissiyasının prezidenti komissiyanın geri çəkiləcəyini və Rusiya aktivləri məsələsinin təxirə salınacağını açıqladı. O, Rusiya aktivləri məsələsinin sabah danışıqlar masasına qaldırılmayacağını söylədi", - deyə o, jurnalistlərə bildirib.
Səriyyə Tağıyeva
19:50 17.12.2025
Oxunuş sayı: 912