Ermənistan–Fransa müdafiə əməkdaşlığı üzrə proqram təsdiqlənib
Ermənistan və Fransa Müdafiə nazirlikləri 2026-cı il üçün müdafiə əməkdaşlığı proqramını imzalayıb.
Bu barədə Crossmedia.az erməni KİV-lərinin yaydığı məlumata istinadən xəbər verir.
Məlumata görə, proqram çərçivəsində onlarla müxtəlif tədbirin həyata keçirilməsi nəzərdə tutulur.
Sənəd 15–16 dekabr tarixlərində Parisdə keçirilən ikitərəfli strateji məsləhətləşmələrin yekununda imzalanıb. Erməni nümayəndə heyətinə Ermənistan Müdafiə Nazirliyinin Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Levon Ayvazyan başçılıq edib.
Strateji məsləhətləşmələr zamanı Levon Ayvazyan Fransa Müdafiə Nazirliyinin Beynəlxalq münasibətlər və strategiya idarəsinə yeni təyin olunmuş rəhbər Giyom Olanýe ilə görüşüb.
Qeyd olunub ki, növbəti strateji məsləhətləşmələr İrəvanda keçiriləcək.
Mehriban İbrahimli
19:38 17.12.2025
Oxunuş sayı: 980