Putinə yanlış məlumat və səhv xəritə verdilər
Rusiya Prezidenti Vladimir Putinə Rusiyanın nəzarət etmədiyi “ələ keçirilən” kəndin xəritəsi təqdim olunub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya müdafiə naziri Andrey Belousov Vladimir Putinlə söhbəti zamanı Malaya Tokmaçka kəndinin tutulduğunu bildirib. Onun açıqlaması “ələ keçirilən” kəndin ilkin yerləşdiyi ərazidən təxminən 20 kilometr qərbdə göstərildiyi xəritə ilə müşayiət olunub.
Qeyd edilir ki, Malaya Tokmaçka kəndi hazırda hələ də Rusiya qüvvələrinin nəzarətinə keçməyib.
Türkan Kərimli
20:23 17.12.2025
Oxunuş sayı: 917