Putin Avropa siyasətçilərini “donuzcuqlar” adlandırdı
Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələrinin siyasətçilərini sərt ifadələrlə tənqid edib. O, Ukraynadakı müharibənin başlanmasına görə məsuliyyəti Rusiyanın deyil, Qərbin daşıdığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Putinin sözlərinə görə, Qərb ölkələri münaqişənin ilk günlərindən Rusiyanın qısa müddətdə zəifləyəcəyini və dağılacağını düşünürdü. Rusiya lideri qeyd edib ki, Avropadakı bəzi siyasətçilər bu prosesdə fəal iştirak edərək ölkənin çöküşündən faydalanmağa ümid edirdilər. O, həmin siyasətçiləri təhqiramiz şəkildə “donuzcuqlar” adlandırıb.
Fatimə Məmmədova
19:20 17.12.2025
Oxunuş sayı: 865