Avropa Birliyinin oktyabr ayında ən böyük qaz tədarükçüsü bu ölkə olub
Avropa Birliyinin oktyabr ayında ən böyük qaz tədarükçüsü ABŞ olub.
Crossmedia.az bu barədə "Avrostat"-a istinadən xəbər verir.
İkinci yerdə Əlcəzair, üçüncü yerdə isə Rusiya qərarlaşıb.
Ay ərzində Aİ 854 milyon avro dəyərində Rusiya qazı alıb, Rusiyanın idxaldakı payı isə sentyabr ayında 14,5%-dən 16%-ə yüksəlib. ABŞ 34,5% pay və 1,85 milyard avro həcmlə aparıcı təchizatçı olaraq qalıb,
Əlcəzair isə 17,6% və 940 milyon avro ilə ikinci yeri tutub. Ümumilikdə, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində Rusiyanın Aİ qaz idxalındakı payı əvvəlki ilin 19,5%-dən 16,1% təşkil edib.
18:27 17.12.2025
Oxunuş sayı: 920