Ukrayna Xəzər dənizində Lukoil yataqlarına dron hücumları həyata keçirib
Ukrayna Xəzər dənizindəki daha bir Lukoil yatağına zərbə endirdiyini qeyd edib.
Crossmedia.az bu barədə Bloomberg-ə istinadən xəbər verir.
Ukrayna Baş Qərargahının məlumatına görə, Ukrayna dronları Xəzər dənizindəki Qrafer yatağına hücum edərək dənizdəki qaz platformasına zərər verib. Bəyanatda deyilir ki, 14 dekabrda baş verən hücum nəticəsində 14 quyuda hasilat dayandırılıb.
Son günlərdə dronlar həmçinin Lukoil şirkətinin Xəzər dənizinin şimalında yerləşən Filanovski və Korçagin yataqlarına da hücum edib.
18:15 17.12.2025
Oxunuş sayı: 863