İran və Rusiya Əməkdaşlıq üzrə Yol Xəritəsi imzalayıb
Bu gün İran və Rusiyanın xarici işlər nazirləri Abbas Əraqçı və Sergey Lavrov arasında Əməkdaşlıq üzrə Yol Xəritəsinə imza atılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Hərtərəfli Strateji Müqavilənin icrası çərçivəsində hazırlanan proqram 2026–2028-ci illər üçün iki ölkənin XİN-ləri arasında məsləhətləşmələrin cədvəlini və prioritet istiqamətlərini müəyyən edir.
Görüşdə regional məsələlər, İranın nüvə proqramı və Qəzza zolağındakı vəziyyət müzakirə olunub. Əraqçı Rusiya ilə bir sıra məsələlərdə ortaq mövqelərin olduğunu vurğulayıb, habelə, enerji, nəqliyyat və tranzit sahələrində, xüsusən Şimal–Cənub dəhlizi və Rəşt–Astara layihəsində əməkdaşlığın genişləndiyini bildirib.
Lavrov isə Rusiya–İran hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinin əməkdaşlığa xüsusi status verdiyini qeyd edib.
18:09 17.12.2025
Oxunuş sayı: 1010