“Mossad” rəhbəri: İranın nüvə proqramını yenidən işə salmasına imkan verməyəcəyik
İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri David Barnia İranın nüvə proqramı ilə bağlı sərt açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, İsrail İranın nüvə layihəsinin yenidən işə salınmasına icazə verməyəcək.
O qeyd edib ki, Tehran dünyanı aldadaraq yeni və pis bir nüvə razılaşması əldə edə biləcəyini düşünür, ancaq İsrail buna imkan verməyib və verməyəcək. Barnia İranın uranı hərbi nüvə səviyyəsinə yaxın həddə qədər zənginləşdirdiyini və imkan yaranan kimi bu həddi keçəcəyini açıqlayıb.
Çıxışında Avstraliyada yəhudilərə qarşı silahlı hücuma da toxunan Barnia deyib ki, hücumları törədənlər və onları yönləndirən iranlılar harada olsalar belə tapılacaq və məsuliyyətə cəlb ediləcəklər.
17:52 17.12.2025
Oxunuş sayı: 992