Əraqçı: İranın hüquqları tapdalanarsa, razılaşma olmayacaq
İranın xarici işlər naziri Abbas Əraqçı Qətər mediasına müsahibəsində İranın nüvə məsələsi və regional proseslərlə bağlı mövqeyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, İran xalqının qanuni hüquqları nəzərə alınmadan hər hansı razılaşmanın əldə olunması mümkün deyil.
Əraqçı qeyd edib ki, İranın gücü “iki nüvə ordusunu sıradan çıxaran” səviyyədədir və ABŞ İran xalqının iradə və qətiyyətinə hörmət etməlidir. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın bəyanatları İranın daxili işlərinə açıq müdaxilədir.
Nazir Avropa üçlüyünü diplomatiyaya zərbə vurmaqda ittiham edərək, bu addımların nəticələrinin asanlıqla kompensasiya edilə bilməyəcəyini vurğulayıb. İranın nüvə proqramı ilə bağlı hərbi həllin olmadığını deyərn Əraqçı, məsələnin yalnız diplomatik yolla nizamlana biləcəyini qeyd edib.
17:47 17.12.2025
Oxunuş sayı: 1002