“Avroviziya”da bayraq senzurası olmayacaq
Avstriyanın milli yayımçısı ORF-in ev sahibliyi edəcəyi “Avroviziya” mahnı müsabiqəsi ilə bağlı maraqlı və diqqətçəkən qərar açıqlanıb. Gələn il Vyanada keçiriləcək 70-ci müsabiqəyə hazırlıq davam edərkən, ORF tamaşaçıların çıxışlar zamanı bayraq və digər ifadə azadlıqlarına necə yanaşacağını açıqlayıb.
Crossmedia.az Independent nəşrinə istinadən xəbər verir ki, “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi edəcək ORF qarşıdakı müsabiqə zamanı tamaşaçıların Fələstin bayrağını nümayiş etdirməsini qadağan etməyəcək və İsrailin çıxışına qarşı səslənən fit səslərini senzura etməyəcək.
Şounun icraçı prodüseri Maykl Kronen bildirib ki, müsabiqədə qanunvericilik, ölçü və təhlükəsizlik tələblərinə əməl olunduğu halda bütün rəsmi bayraqlara icazə veriləcək. ORF nümayəndələri həmçinin vurğulayıblar ki, çıxışlar zamanı narazılıq ifadə edən səslər boğulmayacaq və yayım “olduğu kimi”, süni alqışlar əlavə edilmədən təqdim olunacaq.
“Avroviziya”nın 70-ci müsabiqəsi 2026-cı ilin may ayında Vyanada keçiriləcək
Zeynəb Xuduyeva
17:56 17.12.2025
Oxunuş sayı: 916