ABŞ səfiri: İsrailin Doha istiqamətində buraxdığı raket Qətərə hücum deyil
ABŞ-nin İsraildəki səfiri Mayk Hakkabi İsrail tərəfindən Doha istiqamətində buraxılan raketlə bağlı açıqlama verib. O bildirib ki, bu hadisə Qətərə qarşı yönəlmiş hücum kimi qiymətləndirilməməlidir.
Crossmedia.az xəbər verir ki,səfirin sözlərinə görə, raketin buraxılması regionda davam edən hərbi gərginlik fonunda baş verib və konkret olaraq Qətəri hədəf almayıb. Mayk Hakkabi vurğulayıb ki, İsrailin bu addımı müdafiə xarakterli olub.
Açıqlamada həmçinin qeyd olunub ki, ABŞ regionda sabitliyin qorunmasının tərəfdarıdır və müttəfiqləri ilə birlikdə gərginliyin artmasının qarşısının alınması üçün diplomatik səylərini davam etdirir.
Hadisə ilə bağlı Qətər tərəfinin mövqeyi və rəsmi açıqlamaları isə hələlik açıqlanmayıb. Regionda baş verən proseslər beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
Nastya Qəniyeva
18:10 13.12.2025
Oxunuş sayı: 1019