Aİ-dən Rusiyaya sərt maliyyə zərbəsi
Son illərdə beynəlxalq münasibətlərdə artan gərginlik və geosiyasi qarşıdurmalar qlobal maliyyə sisteminə də ciddi təsir göstərməkdədir. Xüsusilə Rusiya–Ukrayna müharibəsi fonunda Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar yeni mərhələyə qədəm qoyur.
Bu çərçivədə Avropa İttifaqının Rusiya Mərkəzi Bankına məxsus aktivlərlə bağlı qəbul etdiyi son qərar həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. Sözügedən addım Aİ-nin Ukraynaya dəstəyini gücləndirmək niyyətini bir daha nümayiş etdirməklə yanaşı, beynəlxalq hüquq və maliyyə mexanizmləri ətrafında gedən müzakirələri də aktuallaşdırır
Crossmedia.az Aİ-nin rəsmi bəyanatına istinadən xəbər verir ki, Avropa İttifaqı cümə günü Avropada saxlanılan Rusiya Mərkəzi Bankının aktivlərinin müddətsiz dondurulması barədə razılığa gəlib. Qərar bu vəsaitlərin Ukraynaya yardım məqsədilə istifadə olunmasının qarşısında duran əsas maneələrdən birini aradan qaldırır. Bu barədə Aİ-nin rəsmi bəyanatında bildirilib.
Zeynəb Xuduyeva
14:57 13.12.2025
Oxunuş sayı: 1070