Qazaxıstanda qaz balonunun partlaması ölümə səbəb oldu
Qazaxıstanın mərkəzində kafedə baş verən qaz balonunun partlaması nəticəsində iki nəfər həlak olub, 11 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Respublikanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayış kafedə baş verib və hadisə yerinə dərhal xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar müvafiq tibbi yardım alıb və hadisənin səbəbləri araşdırılır.
Nigar Yahyazadə
14:41 13.12.2025
Oxunuş sayı: 1222