ABŞ Demokratları Epşteynin arxivindən 19 yeni fotoşəkil yayımlayıb
ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsindəki demokratlar məhkum pedofil Ceffri Epşteynin arxivindən daha 19 fotoşəkil yayımlayıblar.
Crossmedia.az bu barədə Axios-a istinadən xəbər verir.
Ümumilikdə Demokratlar təxminən 95.000 şəkil alıblar. Yayımlanan şəkillər Epşteynin əlaqəli olduğu yüksək vəzifəli şəxslər haqqında məlumat vermək məqsədi daşıyır. Komitə yaxın günlərdə yeni şəkilləri nəzərdən keçirməyə və yayımlamağa davam edəcəyini bildirib.
Yayımlanan şəkillərdə Donald Tramp, Bill Klinton, Bill Qeyts, keçmiş Şahzadə Endryu və rejissor Vudi Allen də daxil olmaqla bir çox nüfuzlu insan təsvir olunub. Tramp 19 fotoşəkildən üçündə görünür.
13:58 13.12.2025
Oxunuş sayı: 1309