ABŞ mediası: İran artıq şiə qruplarına rəhbərlik etmir
İranın bölgədəki müttəfiq şiə qrupları ilə münasibətlərində dönüş baş verib.
Crossmedia.az bu barədə “Foreign Affairs” jurnalına istinadən xəbər verir.
Nəşrin fikrincə, Tehran artıq bu qruplara birbaşa rəhbərlik etmir, daha çox onların hərəkətlərini izləyir və təsir mexanizmi mərkəzləşmiş modeldən uyğun qrupların federasiyasına çevrilib.
Məqalədə Hizbullahın tərksilahı ilə bağlı müzakirələrə, İraqdakı silahlı qrupların hökumət siyasətinə tabe edilməsinə, eləcə də İranda dini məhdudiyyətlərin qismən azalması və millətçiliyin güclənməsinə diqqət çəkilərək “şiə liderlərinin səhnədən çəkildiyi” qeyd olunur.
Jurnal vurğulayır ki, 86 yaşlı Əli Xamenei və səhhəti ilə bağlı xəbərlər yayılan 95 yaşlı Əli Sistanidən sonra şiə dünyasında dini xətti Xameneinin deyil, Sistaninin varisinin müəyyən edəcəyi gözlənilir.
12:41 13.12.2025
Oxunuş sayı: 1532