Rusiya və İordaniya arasında viza sazişi qüvvəyə minib
13 dekabrdan etibarən Rusiya və İordaniya vətəndaşları hər iki ölkəyə 30 günədək vizasız səfər edə biləcəklər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu, iki ölkə arasında imzalanmış sazişin qüvvəyə minməsi ilə mümkün olub.
Müvafiq sənəd Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və İordaniya Xarici İşlər Naziri Ayman Hüseyn Abdullah Əl-Səfadi tərəfindən 20 avqust 2025-ci il tarixində Moskvada imzalanıb.
Nigar Yahyazadə
14:20 13.12.2025
Oxunuş sayı: 1119