Əhməd əş-Şaraa İsrailə sərt mesaj göndərdi
Suriya prezidenti Əhməd əş-Şaraa İsrailə ünvanladığı bəyanatında açıq şəkildə bildirib ki, Suriya öz ərazisinin bir qarışını belə güzəştə getməyəcək. Suriya xarici təzyiqlər və təhdidlər qarşısında belə öz milli maraqlarından geri çəkilməyəcək. Bu, sadəcə siyasi mövqe deyil, xalqın iradəsinə və tarixi ədalətə əsaslanan prinsipial bir yanaşmadır.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Əş-Şaraa vurğulayıb ki, xalqına verdiyi andı dəyişməz olaraq qalır. Ölkənin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı onun üçün keçilə bilməyən qırmızı xətdir. O, bu prinsiplərin pozulmasına yönəlmiş istənilən cəhdin Suriya tərəfindən qətiyyətlə rədd ediləcəyini və bunun regionda sülhə və sabitliyə xidmət etməyəcəyini bildirib.
Türkanə Məşədiyeva
12:53 13.12.2025
Oxunuş sayı: 1550