Tehran və Bakı strateji tərəfdaşlığın yeni mərhələsini açıqladı
İran və Azərbaycan tərəfləri iki ölkə arasında "ümumi, təhlükəsiz və qarşılıqlı hörmətə əsaslanan gələcək" qurmaq niyyətlərini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, son dövrdə həyata keçirilən diplomatik təmaslar nəticəsində tərəflər arasında münasibətlərin yeni mərhələsi başlayıb. Bu proses Cənubi Qafqazda aktiv fazanın başa çatması fonunda strateji tərəfdaşlıq üzrə yol xəritəsinin hazırlanmasını nəzərdə tutur. İranın Xarici İşlər Naziri bildirib ki, bu təşəbbüs regionda davamlı sülh və əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.
Nigar Yahyazadə
13:30 13.12.2025
Oxunuş sayı: 1317