Payızda yol-nəqliyyat hadisələrinin artmasının səbəbləri açıqlanıb
Payız mövsümü ilə əlaqədar hava şəraitində baş verən dəyişikliklər və yol şəraitinin çətinləşməsi yol nəqliyyat hadisələrinin artmasına səbəb olan əsas amillərdən biridir. Bu dövrdə yağışlı hava, yaşıl yarpaqların yol səthini örtməsi, gündüz işıqlarının azalması və temperatur fərqlilikləri sürücülər üçün əlavə risklər yaradır.
Məsələ ilə bağlı Crossmedia.az-a nəqliyyat eksperti Aslan Əsədov payız mövsümündə yol-nəqliyyat hadisələrinin artmasının səbəblərini açıqlayıb.
Ekspertin sözlərinə görə, Biləsuvarda və Qobu qəsəbəsi ərazisində baş verən qəzalarda 8 nəfərin həyatını itirməsi bunun dramatik göstəricisidir.

O, ailələrə başsağlığı verərək, itkin düşən və valideynsiz qalan uşaqların gələcəkdə qarşılaşa biləcəyi çətinlikləri vurğulayıb.
Ekspert qəza səbəblərini aşağıdakı kimi sadalayıb: "Nəqliyyat vasitəsinin idarə edilməsində səhvlər və idarəetmənin itirilməsi, Ara məsafəsinin düzgün saxlanılmaması, sürücünün nəqliyyat vasitəsini idarəetmə bacarığının yetərli olmaması, yol çıxışı üçün vaxtın düzgün seçilməməsi, yol infrastrukturu ilə tanış olmamaq, yol infrastrukturunun əks etdirici elementlərlə yetərincə təmin edilməməsi kimi məqamlar bu məsələdə rol oynaya bilər. Məsələn, körpü və yolların rəng əks etdirici boyalarla işarələnməsi. Bu faktorlar sürət həddi 90 km/saat olsa belə qəzaların riskini artırır. Sürücülərin diqqətli olması və infrastrukturun təkmilləşdirilməsi payız qəzalarının qarşısını almaq üçün vacibdir".
Mehriban Yariyeva
16:58 08.12.2025
Oxunuş sayı: 2863