2026-cı ilin bayram günləri açıqlanıb
Azərbaycanda 2026-cı ilin bayram günləri müəyyən edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Müvqafiq qərarla 2026-cı il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 20, 21-i Ramazan bayramı, mayın 27, 28-i Qurban bayramı günləri kimi müəyyən edilib.
17:15 02.12.2025
Oxunuş sayı: 1555