Gəncədə məhkumun saxladığı silah aşkarlanıb
Gəncədə məhkumun həbs edilməzdən öncə gizlətdiyi silah aşkar edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Gəncə şəhərində, dəmiryolu xəttinin yanındakı tikilidə gizlədilmiş 1 ədəd “TT” markalı tapança, 1 ədəd tapança darağı, 5 ədəd 7,62 kalibrli tapança patronu, 4 ədəd 7,62 kalibrli avtomat patronu, 1 ədəd “F-1” markalı əl qumbarası və 1 ədəd süngü-bıçaq aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
10:32 02.12.2025
Oxunuş sayı: 1305