Yasamal rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib
YAP Yasamal rayon təşkilatı və “İnşaatçılar pr.62” (16 nömrəli şəhər poliklinikası) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, 16 nömrəli şəhər poliklinikasının baş həkimi Sara Çaparlı, YAP Yasamal rayon təşkilatının əməkdaşları, partiya üzvləri və 16 nömrəli şəhər poliklinikasının əməkdaşları iştirak edib.
İştirakçıları salamlayaraq tədbiri açıq elan edən 16 nömrəli şəhər poliklinikasının baş həkimi Sara Çaparlı qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” müasir Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün xüsusi siyasi əhəmiyyət daşıyan bir mərhələdir. Bu il ölkəmizin hüquqi, institusional və idarəetmə təcrübəsinin yenilənməsi üçün geniş imkanlar açır. Azərbaycan Konstitusiyası dövlətin sarsılmaz hüquqi təməlinə çevrilərək bütün islahatların əsasını təşkil edir. Suverenliyin tam bərpası isə xalqımızın tarixi iradəsinin parlaq təcəssümüdür. Bu proses dövlətçilik ənənələrimizin daha da gücləndirilməsinə xidmət edən strateji bir xətt kimi diqqət çəkir.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, “Konstitusiya və Suverenlik İli” Azərbaycan dövlətçiliyinin keyfiyyətcə yeni mərhələyə keçidini ifadə edən mühüm siyasi-hüquqi hadisə kimi dəyərləndirilir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xətti, yaratdığı hüquqi əsaslar və 1995-ci ildə Konstitusiyanın qəbul olunması müasir Azərbaycanın inkişafının möhkəm təməlini formalaşdırdı. Bu strateji xətt Prezident İlham Əliyevin rəhbərliyi altında daha da zənginləşdirilərək suverenliyin tam bərpası, dövlət idarəçiliyinin modernləşdirilməsi və milli maraqların qətiyyətlə qorunması ilə yeni məzmun qazandı. Bu il ərzində həyata keçirilən institusional islahatlar hüquqi dövlət prinsipinin gücləndirilməsinə, idarəetmədə səmərəliliyin artmasına və dövlət-vətəndaş münasibətlərində şəffaflığın genişlənməsinə ciddi töhfə verir. Konstitusiyanın ali dəyərlərinə söykənən bu siyasət həm də milli həmrəyliyi möhkəmləndirir, ölkənin uzunmüddətli inkişaf strategiyasını daha məqsədyönlü edir. Suverenliyin tam bərpası isə Azərbaycanın siyasi müstəqilliyini daha da gücləndirərək beynəlxalq arenada mövqelərini genişləndirir. Prezident İlham Əliyevin liderliyi ilə formalaşan yeni idarəetmə modeli dövlət institutlarının güclənməsinə, hüquqi mühitin təkmilləşdirilməsinə və ümumi rifahın yüksəlişinə real zəmin yaradır. Bütün bu proseslər Azərbaycanın gələcək onilliklərə doğru daha güclü, dayanıqlı və tam suveren dövlət kimi irəlilədiyini təsdiq edir. Konstitusiya və Suverenlik İli məhz bu tarixi yolun yeni yüksəliş mərhələsini ifadə edir.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb.
16 nömrəli şəhər poliklinikasının baş həkimi Sara Çaparlı “İnşaaatçılar pr.62” ünvanı üzrə ərazi partiya təşkilatının sədri vəzifəsinə seçilib. Sədr müavini vəzifəsinə isə poliklinikanın həkimi Tahirə İsmayılova seçilib.
Sara Çaparlı və Tahirə İsmayılova ərazi partiya təşkilatı tərəfindən onlara göstərilən yüksək etimada görə öz minnətdarlıqlarını ifadə ediblər.
15:08 01.12.2025
Oxunuş sayı: 1743