Azərbaycan və Rumıniya arasında əməkdaşlıq müzakirə olunub
Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanovun Bakau şəhərinə işçi səfəri baş tutub.
Crossmedia.az xəbər verir ki, səfər çərçivəsində şəhərin meri Luçian-Daniel Stançiu-Viziteu ilə görüş keçirilib. Görüşdə iki ölkənin regionları arasında münasibətlərin inkişafı, o cümlədən Bakau şəhərinə mədəni və iqtisadi səviyyədə yaxın olan Azərbaycanın şəhərlərinin biri ilə qardaşlıq münasibətlərinin qurulması, potensial əməkdaşlıq sahələrinin müəyyən edilməsi, qarşılıqlı səfərlərin həyata keçirilməsi və davamlı əməkdaşlıq əlaqələrinin inkişafı ətrafında fikir mübadiləsi aparılıb.
Səfir qarşı tərəfə Azərbaycanda əlverişli sərmayə imkanları, Azərbaycan ilə Rumıniya arasında strateji cəhətdən böyük əhəmiyyət kəsb edən nəqliyyat və logistika layihələri barədə məlumat verib. Həmçinin diplomat Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələri barədə danışıb.
Rumıniya tərəfi öz növbəsində Azərbaycanla əməkdaşlığa maraqlı olduqlarını bildirərək, regionun iqtisadi və biznes imkanlarından danışıb, qarşılıqlı investisiyaların təşviqi istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulayıb.
Görüşdə senator Sebastyan Çernik və deputat Teodor Lazar da iştirak ediblər.(AZƏRTAC)


23:51 28.11.2025
Oxunuş sayı: 810