Ermənistanda mina partlayışı: İki hərbçi yaralandı
Ermənistanın Vardenis bölgəsində ( Basarkeçər rayonunun mərkəzi) iki erməni müqaviləli hərbçinin mina partlayışı nəticəsində xəsarət aldığı bildirilir. Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Crossmedia.az xəbər verir ki, Nazirliyin açıqlamasına görə, hərbçilər mina partlayışı zamanı xidməti vəzifələrinin icrası ilə əlaqəli olmayan şəraitdə yaralanıblar.
Hadisənin dəqiq səbəbləri və başvermə şəraiti barədə əlavə detallar açıqlanmasa da, insidentin qeyri-döyüş şəraitində baş verdiyi vurğulanır. Müdafiə Nazirliyi bildirib ki, hər iki hərbçiyə tibbi yardım göstərilib və onların həyatı üçün təhlükə yoxdur. Yaralıların vəziyyətinin stabil olduğu və həkimlərin nəzarəti altında müalicələrinin davam etdirildiyi qeyd olunub.
Türkanə Məşədiyeva
14:21 28.11.2025
Oxunuş sayı: 1219