Çinin baş diplomatı Rusiyaya səfər edəcək
Çinin baş diplomatı Van Yi dekabrın 1–2-də Rusiya–Çin strateji təhlükəsizlik məsləhətləşmələrinin 20-ci raundunda iştirak etmək üçün Moskvaya səfər edəcək. Bu barədə məlumatı Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin brifinqdə açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, səfər Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun rəsmi dəvəti ilə həyata keçirilir. Məsləhətləşmələr çərçivəsində iki ölkə arasında təhlükəsizlik, strateji əməkdaşlıq və regional məsələlər müzakirə olunacaq.
Nigar Yahyazadə
14:27 28.11.2025
Oxunuş sayı: 848