Məktəblilərarası Milli Hakatonun final mərhələsi baş tutub
Məktəblilərarası Milli Hakaton yarışmasının final mərhələsi keçirilib.
Crossmedia.az xəbər verir ki, yarış Elm və Təhsil Nazirliyinin dəstəyi, "Alqoritmika" beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin təşkilatçılığı ilə keçirilib.
Minlərlə məktəbli innovasiya və texnologiya ətrafında bir araya gəlib.
Bildirilib ki, layihə şagirdlərdə innovativ düşüncə, komandada işləmək və rəqəmsal bacarıqları inkişaf etdirməyi hədəfləyir. Yarışa 350 mindən çox məktəbli qoşulub, onlardan 300 nəfər final mərhələsinə vəsiqə qazanıb.
Final mərhələsi 28–30 noyabr tarixlərində baş tutacaq. Müsabiqənin qaliblərinin mükafatlandırılması isə 1 dekabrda keçiriləcək.
Finalda komandalar turizm, ekologiya, maliyyə, mədəniyyət və incəsənət üzrə layihələr hazırlayaraq veb-saytlar, mobil tətbiqlər və oyunlar təqdim edəcəklər. Yarışın yekununda 30 qalib müəyyən olunacaq.
Qeyd edək ki, proqramlaşdırma üzrə keçirilmiş müsabiqənin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, proqramlaşdırma sahəsində onların biliklərini artırmaq, IT üzrə istedadlı məktəbliləri müəyyən edərək onlar üçün gələcək inkişaf imkanları yaratmaqdır.
13:45 28.11.2025
Oxunuş sayı: 798